Faiz xərcləri 40 mln manatdan çox olan banklar – Siyahı

15:29 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki faiz xərcləri 40 milyon manatdan çox olub.

ABC.AZ renkinq-ə  istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (86,602 milyon manat), “Kapital Bank” (68,748 milyon manat), “PAŞA Bank” (52,8 milyon manat) ASC-lər, “Access Bank” QSC (47,366 milyon manat) və “Unibank” ASC-dir (41,173 milyon manat).

Qalan 21 bankdan 10-da faiz xərcləri 10-40 milyon manat arasında, 8 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

Bütün xəbərlər