Körfəz ölkələrindən Azərbaycana turist kimi gələnlərin sayı artıb - Hesabat

16:48 - 24.02.2022


24 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında Azərbaycana dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3,0 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Ukraynadan - 2,0 dəfə, İrandan - 2,0 dəfə, Fransadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artmış, Gürcüstandan gələnlərin sayı isə 3,0 faiz azalıb. 2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4 faizi dəmir yolu və avtomobil, 55,5 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər