Sahibkarların işi asanlaşacaq - Bundan sonra daha sadə əməliyyatlar apara biləcəklər

11:54 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Yaxın gələcəkdə e-taxes.gov.az portalının yeni versiyasının işə salınması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.

O qeyd edib ki, bu layihə demək olar ki, yekunlaşıb və yaxın vaxtlarda istifadəyə veriləcək.

"Sahibkarlara imkan yaradacaq ki, onlar daha sadə və asan formada əməliyyatlar aparsın. Həmin portal bu vaxta qədər göstərilən xidmətlərlə yanaşı yeni xidmətlər də təqdim edəcək. Həmçinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi"miz (AVİS) yenilənəcək" deyə O.Nəzərli qeyd edib.

Bütün xəbərlər