Rusiya banklarının 1 trilyonluq vəsaitinə sanksiya tətbiq edilib

12:17 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücumunu müzakirə etmək üçün G7-dəki həmkarlarımla bir araya gəldim və Rusiyaya dağıdıcı sanksiya paketləri, digər iqtisadi tədbirlər üzərində işləməyə qərar verdik. Ukraynanın cəsur insanlarının yanındayıq.

ABC.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

"Rusiyaya tətbiq edəcəyimiz sanksiyalar vacib nəticələr ortaya qoyacaq. Rusiyanın uzun vədədə təsirinə məruz qalacağı sanksiyaları ortaya qoyuruq. Rusiyada birja tarixdə görülmədiyi qədər gerilədi. Dörd banka daha sanksiya tətbiq edərək, blok qoyduq. Rusiya banklarının 1 trilyonluq vəsaitinə sanksiya tətbiq edildi. Maliyyə sektorları, strateji sektorlar təsirə məruz qalacaq. Rusiyanın texnologiya ilə bağlı ixracatının yarısı da bu təsirdən payını alacaq. Rusiyanın strateji hədəfləri uzun vədəli olaraq təsirə məruz qalacaq”, - deyə Bayden qeyd edib.

 

Bütün xəbərlər