Yanvar-aprel aylarında 200-dən çox yeni bina qazlaşdırılıb

16:09 - 2.05.2018


2 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi, çoxmənzilli binaları qazla təmin etməyi davam edir.

ARDNŞ-in məlumatında deyilir ki, 2018-ci ilin yanvar-aprel aylarında Birlik 206 çoxmərtəbəli yaşayış binasını qazla təmin edib.

“Beləliklə, bu binalarda 10,558 min mənzilə qaz verilir”, - məlumatda belə deyilir.

2017-ci ildə “Azəriqaz” İB  483 çoxmərtəbəli yaşayış binasını qazla təmin edib.

 

Bütün xəbərlər