Azərbaycan şirkəti Türkiyədə böyük mənfəət əldə edib - Ötən ilin hesabatı

11:25 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” 2021-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

Dövlət Neft Şirkətindən (SOCAR) ABC.AZ-a bildirilib ki, “Petkim” 2021-ci ili həm dollar, həm də türk lirəsi (TL) ifadəsində mənfəət rekordu ilə başa vurub və 5,5 milyard TL xalis mənfəət əldə edib.

“Petkim” 2021-ci ildə ümumi satış həcmini 2020-ci ilin göstəriciləri ilə müqayisədə 137% artıraraq 28,7 milyard TL-yə yüksəldib.

Şirkətdən 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarına, xüsusilə qablaşdırma materiallarına tələbatın artdığını bildirib: “”STAR” NEZ-in fasiləsiz istehsalı sayəsində “Petkim”in istehsal potensialından istifadə əmsalı 2020-ci ildə 87,9 % olduğu halda 2021-ci ildə 92,6 %-ə yüksəldi. Pandemiya zamanı qoyulan məhdudiyyətlərə baxmayaraq, xüsusilə ixrac edən yerli istehsalçıların istehsal əməliyyatlarının ləngiməməsi üçün tədarükü davam etdirdik”.

Bütün xəbərlər