"Sony" şirkəti “Playstation VR 2”-ni təqdim etdi - Foto

12:08 - 28.02.2022


28 fevral, Fineko/abc.az. "Sony" şirkəti “Playstation VR 2” cihazını ilk dəfə nümayiş etdirib.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, yeni cihazın dizaynı dairəvi formadadır.

Şirkətdən bildirilib ki, yeni texnologiya sayəsində 360 dərəcəlik təsviri hiss etmək mümkün olacaq. “Playstation VR 2”in kiçik ölçü və çəkiyə malik olması cihazın əsas özəlliklərindəndir.

Bütün xəbərlər