Rusiyalı oliqarxlar müharibəni dayandırmağa çağırıb - Putinə qarşı çıxırlar?

14:11 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Rusiyalı oliqarxlar Mixail Fridman və Oleq Deripaska müharibəni dayandırmağa çağırıb.

ABC.AZ-ın məlumatına görə, müharibəyə qarşı ilk olaraq Rusiyanın ən böyük bankının sahibi Mixail Fridman çıxış edib.

Fridman “LetterOne” investisiya şirkətinin əməkdaşlarına göndərdiyi məktubda bildirib: “Mən əminəm ki, müharibə heç vaxt həll yolu ola bilməz. Bu böhran canlar bahasına başa gələcək və yüz illərlə qardaş olan iki xalqa ziyan vuracaq. Mən Ukrayna və Rusiya xalqlarına dərindən bağlıyam və bu münaqişəni hər iki ölkə üçün faciə kimi qiymətləndirirəm”.

Rusiyanın “Bazavoy element” holdinqinin sahibi, eyni zamanda da Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Oleq Deripaska teleqram kanalında mövqeyini daha açıq şəkildə bildirib.

“Sülh olduqca önəmlidir! Danışıqları tezliklə başlamaq lazımdır”, - deyə dünyanın ən zəngin 775-ci adamı qeyd edib.

Qeyd edək ki, “Forbes”in məlumatına görə, Mixail Fridamanın sərvəti 11,7 milyard ABŞ dolları, Oleq Deripaskanın sərvəti isə 3,8 milyard ABŞ dollarıdır. 

Bütün xəbərlər