Ukrayna Aİ-yə qoşulmağa hazırlaşır

14:19 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Ukrayna Avropa İttifaqına qoşulmağa hazırlaşır.

ABC.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın xüsusi prosedur əsasında Avropa İttifaqına üzv qəbul olunması barədə quruma müraciət edib.

Belə ki, Zelenski bu barədə növbəti videomüraciətində deyib.

“Biz yeni xüsusi prosedur əsasında Ukraynanın quruma dərhal qoşulması üçün Avropa İttifaqına müraciət edirik”, - deyə Zelenski söyləyib.

Bütün xəbərlər