Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdi

15:25 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi Gürcüstanın milli maraqlarına ziddir və Ukraynadakı hərbi əməliyyatları dayandıra bilməz.

ABC.AZ “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün hökumətin iclasından əvvəl söyləyib.

“Bu gün Avropada böyük müharibə gedir, Avropanın ən böyük ölkəsində, Ukraynanın paytaxtı bombalanır və gördüyümüz kimi bunu heç kim saxlaya bilmir və etiraf edək ki, sanksiyalar qeyri-effektiv vasitədir”, - deyə Qaribaşvili qeyd edib.

Bütün xəbərlər