Sabah Bakının bir sıra mikrorayonlarında su təchizatında fasilələr olacaq

16:56 - 2.05.2018


2 may, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC sabah Bakının bəzi mikrorayonlarına su verilməsində fasilələrin olacağını barədə xəbər verir.

“Azərsu” ASC-in məlumatında deyilənə əsasən, Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bütün xəbərlər