Aeroflot şirkəti bu ölkələrə uçuşları ləğv edir - Siyahı

15:50 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Rusiyanın "Aeroflot" şirkəti fevralın 28-dən martın 2-dək bəzi ölkələrə uçuşları ləğv edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında qeyd edilib.

Sözügedən ölkələr ABŞ, Meksika, Dominikan Respublikası və Kubadır.

Bildirilir ki, uçuşların ləğvi Rusiya təyyarələri üçün hava məkanının bağlanması ilə əlaqədardır.

"Aeroflot"un Moskvadan Kankun (Meksika), Los-Anceles, Mayami, Nyu-York, Vaşinqton (ABŞ), Havana, Varadero (Kuba), Punta Kanaya (Dominikan Respublikası) transatlantik reysləri ləğv edilib.

 

Bütün xəbərlər