Azərişıq Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır

10:03 - 1.03.2022


1 mart, Fineko/abc.az. “Azərişıq” ASC Zəngilan Beynəlxalq Hava Limanının elektrik enerjisi ilə təminatı üçün təkliflər sorğusu elan edib.

ABC.AZ xəbər verir ki, sorğuda iştirak haqqı 750 manatdır.

İddiaçılar təkliflərini martın 17-si, saat 12:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Sorğunun nəticəsi martın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər