Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Bakcell”dən ikiqat internet

17:18 - 2.05.2018


May ayı ərzində internet paketi alan abunəçilər əlavə pul ödəmədən ikiqat internet trafiki əldə edəcəklər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi  Bakcell şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib.

Ən böyük milli şirkətlərdən biri olan Bakcell Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə, Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet  təklif edir.

Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha böyük həcmli internet paketini əldə edən hər bir  abunəçi  istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.

Bu təklifdən yararlanmaq  üçün abunəçilər  kampaniyada iştirak edən internet paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.

Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, “yüksək sürət” xidməti aktivləşir.

Kampaniya barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz.

Abunəçilərin mobil data xidmətlərinə artan tələbatını qarşılamaq üçün Bakcell müasir smartfon istifadəçiləri üçün innovativ və sərfəli həllər təklif edir. Yüksək keyfiyyətli 4G şəbəkəsinə yatırılmış investisiyalar sayəsində, Bakcell abunəçiləri ən geniş əhatə dairəsi olan LTE texnologiyasından və ölkədə ən yaxşı mobil şəbəkənin bütün üstünlüklərindən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlanırlar.

Bakcell şirkəti innovativ və son texnologiyalar əsasında yaradılmış xidmətlər, sərfəli kampaniyalar, yüksək keyfiyyət və geniş şəbəkə əhatə dairəsi ilə öz müştərilərini sevindirməyə davam edəcək.

 


Bütün xəbərlər