Rusiya bu ölkələr üçün hava məkanını bağladı - Siyahı

12:10 - 1.03.2022


1 mart, Fineko/abc.az. Rusiya cavab tədbiri olaraq İsveçrə üçün hava məkanını bağlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyindən (“Rosaviasiya”) bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya hava məkanını 36 dövlətin aviaşirkətləri üçün bağlamışdı.

Bildirilir ki, bu qərar bir neçə ölkənin öz hava məkanını Rusiya şirkətlərinin təyyarələrinə bağlamasına görə cavab tədbiri olaraq verilib.

Sözügedən məhdudiyyət Avstriya, Albaniya, İngiltərə, Belçika, Bolqarıstan, Britaniyanın Vircin adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Fransa və s. ölkələrin aviadaşıyıcılarına şamil olunub.

Bütün xəbərlər