Mədəniyyət nazirliyində aparat rəhbəri vəzifəsi ona tapşırıldı - Foto

14:16 - 1.03.2022


1 mart, Fineko/abc.az. Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Vüqar Məmmədova həvalə olunub.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı nazir Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, Vüqar Məmmədov Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiridir. Xatırladaq ki, Vasif Eyvazzadə ötən ilin dekabr ayında öz istəyi ilə Aparat rəhbəri vəzifəsindən ayrılıb.


Bütün xəbərlər