Belarus qoşunları Ukraynaya girdi

14:42 - 1.03.2022


1 mart, Fineko/abc.az. Belarus qoşunları Ukraynanın Çerniqovşina bölgəsinə daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətindən bildirilib.

“Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov bu barədə məlumatı təsdiqləyib.

Mixailo-Kotsiubinskiy kəndinin yerli sakinlərinin sözlərinə görə, saat 11:30-da 33 texnikadan ibarət Belarus kolonu keçib, onlardan 11-i isə “Qrad” olub.

Bildirilir ki, kolon Slabina və yaxud Pakul kəndləri istiqamətində gedib.

Bütün xəbərlər