Müharibədən sonra Ukraynanın bərpasına 100 milyard avro lazım olacaq

12:31 - 2.03.2022


2 mart, Fineko/abc.az. Polşanın baş naziri Mateuş Moravetski bəyan edib ki, Avropa İttifaqı Ukraynanın müharibədən sonra yenidən qurulması üçün 100 milyard avroluq planı hazırlamalıdır.

ABC.AZ xəbər verir ki, baş nazir sözlərinə belə davam edib: "Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 100 milyard avroluq plan hazırlana bilər ki, yaxın illərdə dağıdılmış infrastruktur, dağıdılmış məktəblər, xəstəxanalar, bombalanmış evlər yenidən tikilsin".

Avropa Parlamenti Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi haqqında qətnaməni dəstəkləyib.

O cümlədən, 637 deputat lehinə, 13 deputat əleyhinə, 26 deputat isə bitərəf qalıb.

Bütün xəbərlər