Abramoviç Londondaki mülkünü satışa çıxardı - Foto

14:17 - 2.03.2022


2 mart, Fineko/abc.az. Rusiyanın ən varlı biznesmenlərindən olan Roman Abramoviç Londonda bahalı mülkünü təcili satışa çıxarıb.

ABC.AZ xəbər verir ki, Abramoviç Rusiyaya qarşı sanksiyalardan dəhşətə gəlib.

Britaniyalı deputatlar isə hökumətə müraciət edərək Abramoviçin öz aktivlərini satana və vəsaitləri ölkədən çıxarmasına qədər oliqarxa qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

“Abramoviç sabah Londondakı malikanəsini, mənzilini satmaq istəyir”, - deyə deputatlar qeyd edib.

Qeyd edək ki, Abramoviçin Londondakı malikanəsinin dəyəri 200 milyon dollardır.


Bütün xəbərlər