Neftin qiyməti yüksəlir, Brent barrel başına $116,80 təşkil edir

09:35 - 3.03.2022


3 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində artmaqda davam edir.

Saat 9:26-da London ICE Futures birjasında ticarət gedişində Brent neftinin may ayı üzrə fyuçersləri $3,87 (3,43%) - barrel başına $116,80-ə qədər yüksəldi. Martın 2-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayı üzrə fyuçersinin qiyməti $7,96 (7,58%) artaraq barrel başına $112,93-a çatıb.

Saat 9:26-da Nyu - York əmtəə birjasında (NYMEX) WTI neftinin aprel fyuçersləri $3,57 (3,23%) - barrel başına $114,17-ə qədər yüksəlib. Martın 2-də keçirilən hərracların nəticələrinə görə, WTI-nin aprel fyuçerslərinin qiyməti $7,19 (6,95%) – barrel başına $110,60-a qədər qalxıb.

İrimiqyaslı xarici alıcılar Rusiya neftini Ukrayna ətrafındakı vəziyyətə görə boykot edir, alternativ təchizat mənbələrini tapmağa çalışırlar ki, bu da ehtimal ki, qiymətlərin daha da artmasına səbəb olacaq.

Beynəlxalq Energetika Agentliyinin strateji ehtiyatlardan 60 milyon barel neft çıxarmaq qərarı bazarın narahatlığını azalda bilməyib.


Bütün xəbərlər