Ötən il mənfəət vergisi ödəməyən banklar – Siyahı

14:15 - 3.03.2022


3 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan bir neçəsi ötən il mənfəət vergisi ödəməyib.

ABC.AZ renkinq-ə istinadla  xəbər verir ki, bunlar “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Günay Bank”, “Muğan Bank”, “Unibank”, “Yelo Bank” və “Express Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Onlardan 1-i 2021-ci ili zərərlə başa vurmuş Pakistan bankıdır ki, onun da vergi ödəməməsi təbiidir.

Qalan banklar isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (51,413 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (4 min manat) qeydə alınıb.

Bütün xəbərlər