Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında saziş təsdiq edilib

14:37 - 3.03.2022


3 mart, Fineko/abc.az. Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.

Qanuna əsasən, 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

Bütün xəbərlər