Mənfəət vergisi ödəmələri azalan banklar - Siyahı

15:04 - 3.03.2022


3 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.

ABC.AZ Renkinq-ə istinadla xəbər verir ki, bunlar “Rabitəbank”, “Zıraat Bank Azərbaycan”, “AFB Bank”, “Bank of Baku”, “Premium Bank” və “PAŞA Bank” ASC-lərdir. Ən yüksək dinamika “Rabitəbank”da (7,4 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (13,9%) qeydə alınıb.

11 bankın – “Turan Bank”, “Azərbaycan Beynəlxalq Bankı” “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Xalq Bank”, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı” və “Unibank” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin və İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Unibank”da (100%), ən az azalma isə “Turan Bank”da (2,3%) qeydə alınıb.

1 bank – “Express Bank” 2020-ci ildə mənfəət vergisi ödəsə də, 2021-ci ildə vergi ödəmələrinə qənaət edib. Qalan 8 bank isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bütün xəbərlər