2022-ci ildə “SOCAR Polymer” polimer istehsalını 15,5% artıracaq

17:04 - 3.03.2022


3 mart, Fineko/abc.az.  2022-ci ildə “SOCAR Polymer” şirkətinin zavodları məhsul istehsalı həcmini 15,5% artırmağl planlaşdırır.

ABC.AZ  interfaks.az-a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti vəzifəsininicraçısı,birinci vitse-prezidentiRövşən Nəcəf məlumat verib.

“2021-ci ildə “SOCAR Polymer”in zavodlarında ümumilikdə 205,2 min ton istehsal olunub, bu da 2020-ci ilin göstəricisindən 44% çoxdur. 2022-ci ildə istehsal 237 min ton həcmində proqnozlaşdırılır (artım 15,5% - İF)”, - Nəcəfov Twitter hesabında yazıb.

O, həmçinin qeyd edib ki, 2021-ci ildə SOCAR Polymer 175,3 min ton polimer məhsullar ixrac edib (artım 38%).

“2021-ci ildə şirkətin ixrac fəaliyyətindən gəirləri $251,8 milyon təşkil edib (artım 152%). 2021-ci ildə SOCAR Polymer-in idxal əvəzləməyə töhfəsi təxminən $22,7 milyon təşkil edib. Xarici ticarət dövriyyəsinin sadosuna müsbət təsir təxminən $281 milyon təşkil edib”, - Nəcəf qeyd edib.

O, həmçinin məlumat verib ki, SOCAR Polymer-in polimer məhsularının TOP-5 alıcıları Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və Çindir.

Bütövlükdə, SOCAR Polymer-in zavodları 10 növ poliproöilen və 4 növ yüksək təzyiqli polietilen buraxılması üçün nəzərdə tutulur.

©interfax.az

Bütün xəbərlər