Neft bahalaır, Brent barrel başına $112,45 təşkil edir

09:25 - 4.03.2022


4 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün azaldıqdan sonra cümə günü hərracda artır.

Saat  9:11-da London ICE Futures birjasında ticarət üzrə  Brent neftinin May fyuçersləri $1,99 (1,80%) - barrel başına $112,45-ə qədər artıb. Martın 3-də keçirilən hərracların nəticələrinə görə, may ayı üçün Brent neftinin fyuçers qiyməti $2,47 (2,19%) - barrel başına $110,46-a düşüb.

Saat 9:11-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin aprel  fyuçersləri $2,38 (2,21%) - barrel başına $110,05-ə qədər artıb. Martın 3-də keçirilən hərracların nəticələrinə görə,  WTI-nin  aprel fyuçers qiyməti bir barelə $2,93 (2,65%) $107,67 səviyyəsinə düşüb.


Bütün xəbərlər