Rusiya hava limanlarından 130-dan çox ölkəyə uçan təyyarə reysləri təxirə salındı

11:02 - 4.03.2022


4 mart, Fineko/abc.az. Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 130-dan çox reys gecikir və yaxud təxirə salınıb.

ABC.AZ-ın məlumatına görə, ABŞ Prezidenti Co Bayden martın 2-si bildirib ki, Amerika Rusiyaya qarşı yeni sanksiyalar qismində öz hava məkanını bu ölkənin təyyarələri üçün bağlayır.

Qadağa çarter reysləri də daxil olmaqla, Rusiyada qeydiyyata alınan bütün təyyarələrə aiddir.

Avropa İttifaqı da öz növbəsində fevralın 28-i istənilən Rusiya təyyarəsinə Aİ ərazisində enməyə, buradan havaya qalxmağa və Aİ ərazisi üzərindən uçmağa qadağa qoyub.

 

Bütün xəbərlər