ARDNF-in "Şahdəniz" yatağından əldə etdiyi gəlirlər 64 dəfədən çox artıb

11:19 - 4.03.2022


4 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 227 557 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 64,3 dəfə çoxdur.

ARDNF-dən ABC.AZ-a verilən məlumata görə, o cümlədən, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.03.2022 tarixinə) 22 172 min dollar olub, bu da 6,3 dəfə artım deməkdir.

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 779 mln. dollar (01.03.2022 tarixinə) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər