ARDNF-in "Azəri-Çıraq-Günəşli" yatağından 2 dəfədən çox gəlirləri artıb

12:02 - 4.03.2022


4 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında (01.01.2022-01.03.2022 tarixinə) Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 307 mln. ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Ötən ilin müvafiq dövründə sözügedən göstərici 574 543 min dollar səviyyəsində idi.

Məlumata görə, Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 156 680 mln. dollar (01.03.2022 tarixinə) təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər