Bu şirkət də Rusiyadakı fəaliyyətini dayandırdı

15:24 - 4.03.2022


4 mart, Fineko/abc.az. Dünyanın müxtəlif ölkələrində onlayn rezervasiya və yaşayış təmin edən Airbnb Rusiya və Belarusdakı bütün fəaliyyətini dayandırdığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Airbnb-nin baş icraçı direktoru (CEO) Brayan Çeski bunu Twitter hesabında yazıb.

O qeyd edib ki, Çeski Rusiyanın Ukraynaya hücumlarından sonra fevralın 28-də öz vəzifələrində şirkətin Ukraynadan qaçan 100 min qaçqını pulsuz yerlə təmin edəcəyini açıqlamışdı.

Bütün xəbərlər