Türkiyədə yanacağın qiyməti son 3 gündə 3 dəfə artıb

11:13 - 5.03.2022


5 mart, Fineko/abc.az. Rusiya-Ukrayna müharibəsi səbəbindən 120 dollar səviyyəsinə qalxan Brent nefti son 8 ilin pik həddinə çatıb.

ABC.AZ xəbər verir ki, Brent markalı neftin qiymətinin artması Türkiyədə yanacaq qiymətlərini də artırıb.

Belə ki, qardaş ölkədə bu gecə yarısından etibarən benzində 8 qəpik (69 kuruş), dizel yanacağında isə 10  qəpik (84 kuruş) artım olub.

Bu artımla yanacağın qiyməti son 3 gündə 3 dəfə artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər