Rusiya aviaşirkəti Azərbaycana olan reysləri ləğv etdi - Detallar

12:34 - 5.03.2022


5 mart, Fineko/abc.az. Rusiyanın Ural Hava Yolları şirkəti bəzi ölkələrə reysləri ləğv edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında bildirilib. Açıqlamada qeyd olunub ki, şirkıt təxminən martın sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Ermənistana, Azərbaycana və İsrailə bütün reysləri ləğv edib.

“Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq Ural Hava Yolları aşağıdakı beynəlxalq reysləri ləğv etmək məcburiyyətindədir: 26 Mart 2022-ci il tarixinədək BƏƏ-nə; Ermənistana, Azərbaycana və İsrailə”, - məlumatda deyilir.

 

Bütün xəbərlər