Neft bahalaşır, Brent barel başına $130-ı keçdi

09:30 - 9.03.2022


9 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü baş tutan hərraclarda artır.

Saat 9:12-də London ICE Futures birjasında ticarət üzrə Brent neftinin may fyuçersləri $2,85 (2,23%) - barrel başına $130,83 qədər artıb. Martın 8 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayı üzrə fyuçers qiyməti $2,20 (1,79%) - barrel başına $125,41-ə qədər artıb.

Saat 9:12-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin aprel fyuçersləri $2,36 (1,91%) - barrel başına $126,06 qədər artıb. Martın 8 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,60 (1,34%) artaraq barel başına $121,00-a çatıb.


Bütün xəbərlər