Bu aviaşirkət 700 milyon dollar zərər edib

11:18 - 9.03.2022


9 mart, Fineko/abc.az. Asiyanın ən böyük hava yollarından biri olan Honq-Konqun Cathay Pacific şirkəti keçən ili 700 milyon dollar zərər ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bu şirkətin dərc etdiyi hesabatda qeyd olunub.

Belə ki, sənəddə deyilir ki, “Cathay Pacific Group-un 2021-ci ildə zərəri 5,527 milyard Honq Konq dolları yəni 700 milyon dollar təşkil edib. 2020-ci ildə Cathay Pacific-in zərəri 2,79 milyard dollar təşkil etmişdi ki, bu da tarixində rekord göstəricidir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər