330x110
 

Mayın 4-də gözlənilən hava haqqında məlumat

03.05.2018,15:30


3 may, Fineko/abc.az. Sabah, mayın 4-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 22-27,  Bakıda gecə 12-14, gündüz 24-26 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava  əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

Açar sözlər: proqnoz hava