Azərbaycanın sığorta sektorunun azalan və artan göstəriciləri - Siyahı

16:56 - 9.03.2022


9 mart, Fineko/abc.az. 2021-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 331 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, 2020-ci ilin sonu ilə müqayisədə 1,6% azdır.

Bu ilin əvvəlinə sektorun aktivlərinin 532 milyon manatı və yaxud 40%-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 1,1% çoxdur.

O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 2,5% artaraq 457 milyon manata çatıb, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 6,25% azalaraq 75 milyon manata düşüb.

Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 1,9% azalaraq 308 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,6% azalaraq 103 milyon manat, digər aktivləri isə 0,8% azalaraq 388 manat təşkil edib.

Bütün xəbərlər