Bayram günlərində bölgələrdəki otellər bahalaşacaq

17:06 - 9.03.2022


9 mart, Fineko/abc.az. Novruz bayramı günlərində regionlarda hotel və əyləncə mərkəzlərində qiymətlərdə artım müşahidə ediləcək.

ABC.AZ xəbər verir ki, bunu turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

C.Aşırov bildirib ki, Novruz bayramı ilə əlaqədar 9 qeyri-iş günü müəyyən edilib:

“Bu da o deməkdir ki, regionlarda hotellərə, istirahət mərkəzlərinə gedənlərin sayı artacaq. Xüsusilə Bakıya yaxın regionlardakı hotellərdə və istirahət mərkəzlərində doluluq səviyyəsi yüksək olacaq. Əlbəttə ki, bu doluluğu nəzərə aldıqda adi günlərlə müqayisədə bayram günlərində qiymətlər nisbətən artacaq. Lakin əvvəlki pandemiyanın əvvəlki illərinə nisbətən həddindən artq doluluq və yaxud yer tapmamaq problemi olmayacaq, çünki artıq 80-dən çox ölkə ilə Azərbaycan arasında hava nəqliyyatı açılıb və insanların bir qismi bayram tətilini xaricdə etməyi planlaşdırır”.

 

Bütün xəbərlər