4 ay ərzində 7,66 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

15:51 - 3.05.2018


3 may, Fineko/abc.az. “Azərenerji” ASC aprel ayında elektrik enerjisi istehsalının həcmini açıqlayıb.

“Azərenerji”nin məlumatında deyilir  ki, aprel ayında 1,662 milyard kilovat-saat enerji istehsal edilib, 2018-ci ilin mart ayında 1,954 milyard kilovatsaat, fevralda 1,921 milyard kilovat-saat, yanvar ayında isə 2,123 milyard kilovat-saata çatdırılıb.

2018-ci ilin 4 ayı ərzində 7,66 milyard kilovat-saat istehsal edilib, 2017-ci ilin eyni dövründəki göstərici isə 7,774 milyard kilovat-saat təşkil etmişdir.

2017-ci il ərzində “Azərenerji” 20,03 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

 

 

Bütün xəbərlər