“A-Qroup Sığorta”nın xalis mənfəəti kəskin azalıb - Hesabat

12:17 - 10.03.2022


10 mart, Fineko/abc.az. “A-Qroup Sığorta” ASC 2021-ci ili 1 milyon 13 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə sığorta şirkətinin maliyyə hesabatında qeyd olunub. Hesabata əsasən, 2020-ci ildə sığorta şirkətinin mənfəəti 2 milyon 813 min manat təşkil edib ki, bu da illik müqayisədə ötən il mənfəətin 2.8 dəfə azalması deməkdir.

Ötən il “A-Qroup Sığorta”nın gəlirləri 20 milyon 528 min manat (əvvəlki ilə nisbətən 19.1% çox), xərcləri isə 19 milyon 262 min manat (240.4% çox), mənfəət vergisi ödəmələri isə 252 min 269 manat (2.8 dəfə az) təşkil edib.

Bütün xəbərlər