Bu sığorta şirkəti kiçilib, kapitalı azalıb

12:29 - 10.03.2022


10 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “A-Qroup Sığorta” ASC 2021-ci ili 1 milyon 13 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2020-ci illə müqayisədə azalma deməkdir.

ABC.AZ xəbər verir ki, bu il yanvarın 1-nə “A-Qroup Sığorta”nın aktivləri 25 milyon 392 min manat olub.

Bu da illik müqayisədə 10.2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8% azalaraq 13 milyon 57 min manata, kapitalı isə 12.7% azalaraq 12 milyon 336 min manata düşüb.

Bütün xəbərlər