Bu bank ABŞ iqtisadiyyatına dair proqnozunu azaltdı

15:25 - 11.03.2022


11 mart, Fineko/abc.az. "Goldman Sachs Group" transmilli investisiya bankı ABŞ iqtisadiyyatı ilə bağlı yeni proqnozunu açıqlayıb.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, bankın ABŞ iqtisadiyyatına dair proqnozu heç də ürəkaçan deyil. Belə ki, bank builki artım üzrə proqnozunu azaldıb.

Bankın proqnozun pisləşdirilməsi artan neft qiymətləri və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda digər xam malların bahalaşması səbəbindən irəli gəlir.

Qeyd edək ki, bank bundan əvvəl ABŞ-da ÜDM-in 2022-ci ildə 3,1% səviyyəsində böyüyəcəyini gözləyirdi, hazırda isə proqnoz 2,9%-ə qədər azaldılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər