Xaçmaz rayonunda avtomobil yolu bərpadan sonra istifadəyə verildi

11:24 - 4.05.2018


4 may, Fineko/abc.az. Xaçmaz rayonunda Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolu, yenidənqurma və bərpadan sonra istismara verilib.

Bu gün, mayın 4-də Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verdi.

 

Bütün xəbərlər