Rusiyaya qarşı sanksiyalar Azərbaycana təsirsiz ötüşməyəcək

15:28 - 14.03.2022


14 mart, Fineko/abc.az. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və xüsusən ərzaq məhsullarının ixracına müəyyən edilmiş məhdudiyyətlər və qadağalar Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək.

ABC.AZ xəbər verir ki, bunu Apa-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın idxalında ən böyük tərəfdaşdır, ölkələr arasında ötən il ticarət dövriyyəsi 3 mlrd. dollara yaxın olub və bu məbləğin 2,1 mlrd. dollarlıq hissəsini idxal təşkil edib.

"Gözlənilir ki, Rusiyaya göndərilən və Rusiyadan idxal edilən məhsulların həcmi azalacaq. Eləcə də Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşdır. Azərbaycanın 2,7 mlrd. dollarlıq qeyri-neft ixracının 32,3%-i Rusiyanın payına düşür. Bu kontekstdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycanın qeyri-neft ixracına təsir edəcək və Azərbaycanın qeyri-neft ixracatında müəyyən azalmalar mümkündür", - deputat bildirib.

 

Bütün xəbərlər