Azərbaycan prezidenti “Azərxalça”nın filialının açılışında iştirak edib

11:44 - 4.05.2018


4 may, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib.

Bu gün, mayın 4-də Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisə barədə məlumat verib.

Sonra Azərbaycan prezidenti müəssisənin kollektivi ilə görüşüb.

 


Bütün xəbərlər