Neft bir gün əvvəl kəskin azaldıqdan sonra ucuzlaşmağa davam edir, Brent barel başına $101,87 təşkil edir

09:25 - 15.03.2022


15 mart, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən gün düşdükdən sonra bazar ertəsi ticarətində azalır.

Saat 9:04-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin may fyuçersləri barrel başına $5,03 (4,71%) - $101,87 ucuzlaşıb. Martın 14-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayına olan neft fyuçerslərinin qiyməti $5,77 (5,12%) - barrel başına $106,90-a düşüb.

Saat 9:04-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında aprel ayı üçün WTİ-nin aprel fyuçersləri $4,89 (4,75%) - barrel başına $98,12-dək ucuzlaşıb. Martın 14-də keçirilən hərracların nəticələrinə görə, aprel fyuçerslərinin qiyməti $6,32 (5,78%) - barrel başına $103,01- a düşüb.

Bütün xəbərlər