Rubl devalvasiya ola bilər - Dünya Bankından proqnoz

11:07 - 15.03.2022


15 mart, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyalar deyəsən öz təsirini yavaş-yavaş göstərir.

ABC.AZ xəbər verir ki, Dünya Bankının rəhbəri Devid Malpass sanksiyaların təsirini şərh edib.

Onun sözlərinə görə, Ukraynadakı xüsusi əməliyyat qlobal ÜDM-in birbaşa qısamüddətli təsirlə üzləşməsinə gətirib çıxarır.

"Eyni zamanda, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin bu göstəriciyə daha çox təsir edəcəyi bildirilir. Sanksiyalar nəticəsində Rusiyanın milli valyutası rubl devalvasiya ola bilər ki, bu da əhali üçün pis nəticələnəck" deyə Dünya Bankı rəhbəri bildirib.

Bütün xəbərlər