Xaçmaz şəhərinin su təchizatı sisteminin açılışı oldu

11:57 - 4.05.2018


4 may, Fineko/abc.az. Prezident İlham Əliyev Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

Xaçmaz rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etdi.

 

Bütün xəbərlər