İdxal infilyasiyası qaçılmazdır - Vüqar Bayramov

11:29 - 15.03.2022


15 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı dünya bazarındakı qiymət artımları və bəzi ərzaq məhsullarının qıtlığı probleminin hələ uzun müddət davam edəcəyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi artıq regionda və eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olub:

"Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırılır. Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal infilyasiyası qaçılmazdır”.

Bütün xəbərlər