Azərbaycanın dövlət borcu azalıb - Detallar

14:15 - 15.03.2022


15 mart, Fineko/abc.az. “2021-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 5,6% artıb”.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili Milli Məclisin bugünkü plenar iclasında deyib.

“ÜDM-in 5.6%, qeyi-neft qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracımızın 38.4%, strateji valyuta ehtiyatlarımızın 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.

Bütün xəbərlər