"Bayer" şirkəti Rusiya və Belarusdakı fəaliyyətini dayandırır

14:27 - 15.03.2022


15 mart, Fineko/abc.az. Almaniyanın əczaçılıq və kimya şirkəti "Bayer" Rusiyanın Ukraynaya hücumu səbəbi ilə Rusiya və Belarusda "vacib sağlamlıq və kənd təsərrüfatı məhsulları istisna olmaqla" bütün fəaliyyətlərini dayandırıb.

ABC.AZ xəbər verir ki, şirkətdən qlobal qida zəncirindəki əlavə təzyiqi azaltmaq üçün bu ilki kənd təsərrüfatı mövsümü üçün Rusiyada fermerlərə əsas kənd təsərrüfatı məhsullarının verildiyi və 2023-cü il üçün Rusiyaya tədarüklə bağlı qərarın veriləcəyi bildirilib.

Şirkətdən həmçinin bildirilib ki, "Bayer" Rusiya və ya Belarusda yeni fəaliyyət sahəsi axtarmır.

Bütün xəbərlər