Səudiyyə Çinə satdığı neftin ödənişlərini yuanla qəbul edə bilər - Danışıqlar aparılır

10:41 - 16.03.2022


16 mart, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Çinə satdığı neftin bir hissəsini yuanla qiymətləndirmək üçün Pekin ilə aktiv danışıqlar apardığı bildirilir.

ABC.AZ-ın məlumatına görə, qlobal neft bazarında ABŞ dollarının hökmranlığının azalacağı və dünyanın ən böyük xam neft ixracatçısının Asiyaya üz tutacağı gözlənilir.

Sözügedən razılaşmanın olacağı təqdirdə qlobal neft bazarında ABŞ dollarının hökmranlığının azalacağı və dünyanın ən böyük xam neft ixracatçısının Asiyaya üz tutacağı gözlənilir.

Səudiyyə Ərəbistanının Çin ilə yuanda neft müqavilələri ilə bağlı 6 ildir davam edən danışıqları bu il sürətlənib. Bəzi siyasi proseslərin bu prosesi sürətləndirdiyi təxmin edilir.

Bütün xəbərlər